İtaliya yığmasının sabiq üzvü Klaudio Markizionun yeni klubu müəyyənləşib.Azad agent statusuna mallik 33 yaşlı futbolçu "Monako"ya keçib. Onun knyazlıq təmsilçisi ilə 1 illik müqavilə imzaladığı bildirilir.Qeyd edək ki, “Yuventus”un yetirməsi olan Markizio son olaraq Rusiyanın "Zenit" klubunda çıxış edib.